İsrailin sentyabrın 23-də Livana qarşı başlayan "Şimal oxları" hücum əməliyyatı davam edir. İsrail ordusunun açıqlamasına görə, əməliyyat zamanı Livanda "Hizbullah"ın hərbi infrastrukturuna zərbələr endirilir.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Livana hücumları nəticəsində artıq 1,5 mindən çox insan həlak olub.
Köçkünlərin sayı 500 minə çatıb.
İsrail hərbçiləri qeyd edirlər ki, əməliyyatın məqsədi ölkənin şimal bölgəsində yaşayan sakinlərinin (İsrailin sərhədyanı ərazilərindən 80 min insan təxliyə olunub) öz evlərinə qayıtması üçün şərait yaratmaqdır.
Bakupost.az İsrailin hücumlarının hədəfi olan Livanın cənubundakı ərazilərdə dağıntıları əks etdirən görüntüləri təqdim edir:
Zaur
BakuPost