Ru
11:32 / 14 Yanvar 2025

Xaricdən maşın gətirən şəxslə bağlı araşdırma başlandı

Xaricdən maşın gətirən şəxslə bağlı araşdırma başlandı
1164

Bir qrup vətəndaş xarici ölkələrdən (xüsusilə Çindən) Azərbaycana avtomobillərin gətirilməsi ilə məşğul olan Sənan Əsədzadə adlı şəxslə bağlı polisə müraciət edib.

Bakupost.az xəbər verir ki, vətəndaşların şikayəti əsasən sifariş edilmiş və qiyməti ödənilmiş avtomobillərin uzun müddətdir ölkəyə gəlib çıxmaması ilə bağlıdır.


DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, bununla bağlı müraciət daxil olub. Hazırda müvafiq polis orqanında araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar