Ru
15:24 / 15 Fevral 2025

Yeni müttəfiqlər, yeni əməkdaşlıqlar... - Tənzilə Rüstəmxanlı Prezidentin “Afrika gedişi”ni şərh edir

Yeni müttəfiqlər, yeni əməkdaşlıqlar... - Tənzilə Rüstəmxanlı Prezidentin “Afrika gedişi”ni şərh edir
1147

Tənzilə Rüstəmxanlı

Azərbaycan Milli Məclisinin deputatı


Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, həm də Afrikanın inkişafına töhfə verəcəkdir

Çoxşaxəli xarici siyasət həyata keçirən Azərbaycan tarixi Zəfərə imza atmaqla, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yaratdığı reallıqlar əsasında əməkdaşlığın coğrafiyasını daha da genişləndirir. Dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfələrini verən Azərbaycan dünyada yüksək imicə malik olan ölkədir.



Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan beynəlxalq əlaqələr müasir dövrümüzdə daha da möhkəmlənir, ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı münasibətlər inkişaf etdirilir. Azərbaycanın Şərq və Qərb, eləcə də Şimal və Cənubla milli maraqlarını qorumaqda fəal əməkdaşlığı dövlətlərarası münasibətlərinın inkişafının göstəricisidir. Azərbaycan ədalətli və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalaraq Afrika qitəsi ilə əlaqələrini daha da gücləndirir.

Bu münasibətlər həm Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, həm də Afrikanın inkişafına töhfə verəcəkdir. Azərbaycanın Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi qarşılıqlı əlaqələrin genişlənməsinə, eləcə də uzunmüddətli strateji tərəfdaşlığa zəmin olacaqdır. Azərbaycanla Afrika ölkələri arasında münasibətlər yeni mərhələdədir. Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfər etməsi bu əməkdaşlığın göstəricisidir.

Azərbaycanın Somali ilə münasibətlərinin güclənməsi həm də beynəlxalq arenada Türkiyə birgə hərəkət etmək kursunun davamı sayıla bilər. iki ölkə arasında əlaqələrin inkişafında kənd təsərrüfatı, həmçinin müdafiə sahəsi də xüsusi rol oynayır. Bu sahələrdə də əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar mövcuddur.

Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpa edilməsi Azərbaycanın hərbi qüdrətinin təqdimatıdır. Baxmayaraq ki, zəfərlərə imza atmışıq, ordu quruculuğu istiqamətində görülən işlər davam etdirilir. Hədəflər açıqlanarkən azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri ilə yanaşı, müdafiə gücümüzün artırılması xüsusi qeyd edilir.

Təkcə bir faktı qeyd etmək kifayətdir ki, bərpa-quruculuq işlərinə 4 milyon manat vəsait ayrılırsa, müdafiə xərcləri 8,4 milyard manatdır. Məhz bu uğurlarımıza söykənərək dövlət başçısı İlham Əliyev Somali Prezidenti ilə mətbuata bəyanatında əminliklə qeyd etdi ki, müdafiə sahəsində əməkdaşlığımız mühüm istiqamətlərdən biridir. Azərbaycan Suriyada olduğu kimi, Türkiyənin Somalidəki fəaliyyətini də yaxından izləyir, dəstəkləyir.

Ümumiyyətlə, Bakı “yeni müttəfiqlər, yeni əməkdaşlıqlar” konsepsiyası üzrə hərəkət edir. Bu, xarici siyasətimizdə yeni yanaşmadır.
Azərbaycan Türkiyənin yaratdığı təhlükəsiz Somaliyə investisiya ayırıb, dirçəlməsinə dəstək verə bilər. Həmçinin Türkiyədə olduğu kimi, somalili gənclərin ölkəmizdə təhsil alması mümkündür: Azərbaycan universitetlərində, xüsusilə Qarabağ Universitetində pulsuz ya da təqaüdlə təhsil alması mühüm strateji addım hesab edilər. Azərbaycan neft və qaz sahəsində ixtisaslı kadrlara malikdir və Somali Bakının bu sahədəki təcrübəsindən faydalana bilər.
Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Azərbaycan həm siyasi, həm də iqtisadi sahədə bu iki region arasında əlaqələrin inkişafına töhfə verən əsas aktorlardan biridir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar