Ru
18:25 / 27 Dekabr 2024

Xarici ticarətdə azalma: səbəb nədir? - Açıqlama

Xarici ticarətdə azalma: səbəb nədir? - Açıqlama
1218


“Ölkənin xarici ticarət dövriyyəsində azalma qeydə alınıb. Bunun əsas səbəbi ixracatın azalmasıdır. Statistika Komitəsinin məlumatına əsasən, bu il ixracımız 22.8 faiz azalıb, idxal isə əksinə 18.7 faiz artıb. Son 1 ildə ixrac 22,8 faiz azalıb”.

Bunu Bakupost.az -a iqtisadçı ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, həm neftin qiymətinin aşağı düşməsi, həm onun ixrac rəqəmlərinin ucuz olması, eyni zamanda qazın qiymətinin ucuzlaşması ümumi ixracın aşağı düşməsinə təsir göstərib:



“2025-ci ilin büdcəsi müəyyənləşəndə bu məsələlər müzakirə olunub. Bu məlumatlar gizli deyil. 2025-ci ilin proqnozları veriləndə neftin, qazın ixracından gələn gəlirin azalması nəzərə alınıb”.

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, ölkənin xarici ticarət dövriyyəsinin azalmasının başlıca səbəbi neft hasilatı ilə birbaşa bağlıdır: “Neft hasilatı azaldıqca, təbii ki, ixracın payı və gələn gəlirlər də azalacaq”.

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar