Ru
21:12 / 29 Oktyabr 2024

"X"də aktivlik aşağı düşür - Ağ Ev niyə narahatdır?

"X"də aktivlik aşağı düşür - Ağ Ev niyə narahatdır?
5980

Ağ Ev İlon Maska məxsus X-də (keçmiş Twitter) istifadəçi aktivliyinin azalmasından narahatdır.

Bakupost.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.

Nəşr öz hesablamalarına əsaslanaraq bildirib ki, 2022-ci ildə Maskın Twitter-i satın aldığı vaxtdan həm Respublikaçılar, həm də Demokratlar partiyalarından olan siyasi xadimlərə və təşkilatlara məxsus səhifələrdə istifadəçi aktivliyi kəskin şəkildə azalıb.

Qəzet yazır: “Hər iki tərəfdəki siyasətçilər bir vaxtlar Twitter kimi tanınan platformada populyar olsalar da, indi diqqəti cəlb etməkdə çətinlik çəkirlər".

Eyni zamanda qəzet o qeyd edir ki, X-də getdikcə populyarlaşan paylaşımların müəllifləri əsasən, Respublikaçılar Partiyasının tərəfdarlarıdır. Sosial şəbəkənin sahibi Mask Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Trampı dəstəkləyir. Həmçinin Ağ Evin hazırkı sahibi, demokrat Co Baydenin fəaliyyətini mütəmadi olaraq tənqid edir.

Nəşr etiraf edir ki, “bəzi liberalların iddia etdiyi kimi, X-in demokratların səsini qəsdən boğduğunu söyləmək demək olar ki, mümkün deyil.

Qəzet mənbələrinə istinadən yazır: "X səhifəsində aktivliyin azalması böhran dövründə amerikalıların diqqətini cəlb etməyə mane ola bilər və bu, Ağ Ev rəsmilərini narahat edir. X-də Ağ Evin hər paylaşımına baxış sayı 2023-cü ilin yayında 200 mindən 100 minə düşüb".

Qeyd edək ki, 27 oktyabr 2022-ci ildə Mask Twitter-i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. İyul ayında respublikaçı Trampa qarşı sui-qəsd cəhdindən sonra hazırkı seçki mübarizəsində onu açıq şəkildə dəstəkləyir. Avqustda Tramp Maska müsahibə verib. Müsahibə X-də milyarddan çox baxış toplayıb.

Tramp etiraf edib ki, seçkidə qalib gəlsə, Maskı administrasiyasında hansısa vəzifəyə təyin edəcək.

ABŞ-da növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Respublikaçılar Partiyasını Tramp, Demokratlar Partiyasını isə ölkənin hazırkı vitse-prezidenti Kamala Harris təmsil edir.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar