Ru
13:09 / 26 Fevral 2025

Xəbəri olmadan adına 10 min manat kredit götürdü - Saxlanıldı-Video

Xəbəri olmadan adına 10 min manat kredit götürdü - Saxlanıldı-Video
954

Özünü bank əməkdaşı kimi təqdim edərək vətəndaşın adına 10 min manat kredit götürən şəxs saxlanılıb.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, paytaxt sakini olan 37 yaşlı qadın bir nəfərin onu aldadaraq adına 10 min manat kredit rəsmiləşdirdiyi barədə polisə müraciət edib.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin sosial şəbəkələrin birində özünü bank əməkdaşı kimi təqdim etdiyi, zərərçəkənin etibarından sui-istifadə edərək əvvəlcə hesabına 54 manat ödətdirməsi, daha sonra onun adına 10 min manat onlayn kredit götürdüyü məlum olub.

Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı İ.Tərlanov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar aparılır.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar