Ru
19:10 / 24 Dekabr 2024

Xərçəng əleyhinə peyvənd: Klinik sınaqlar keçiriləcək

Xərçəng əleyhinə peyvənd: Klinik sınaqlar keçiriləcək
1117


Rusiyada xərçəng əleyhinə peyvəndin klinik sınaqlarının birinci mərhələsi keçiriləcək. Bu mərhələdə 50 onkoloji xəstə iştirak edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə "Mash" telegram kanalı məlumat verib.

Məlumata görə, iştirak üçün müraciətlərin qəbulu artıq bağlanıb. Sınaqlarda iştirak üçün ümumilikdə altı mindən çox müraciət daxil olub.

P. A. Herzen adına Moskva Onkoloji Elmi-Tədqiqat İnstitutunda izah ediblər ki, xüsusi komissiya sınaq iştirakçılarının seçiminə başlayıb. Üstünlük, artıq kimya-şüa terapiyası, digər müalicə üsulları keçmiş və cərrahi əməliyyat olunmuş onkoloji xəstələrə veriləcək.

"Mash" qeyd edib ki, proqramın birinci mərhələsi 2025-ci ilin sonuna qədər davam edəcək. Sınaq iştirakçıları daim həkim nəzarətində olacaqlar. Onlar üçün preparatın düzgün dozası müəyyən ediləcək.

Sınaqların ikinci mərhələsində daha çox insanın iştirak edəcəyi və peyvəndin müxtəlif xərçəng növlərinə təsirinin izləniləcəyi planlaşdırılır. Güman edilir ki, sınaqların yekun mərhələsində preparat digər müalicə üsulları ilə birlikdə tətbiq ediləcək.

Qeyd edilib ki, peyvəndin tam test edilməsi üçün azı doqquz il lazım olacaq.

Lalə Novruz, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar