Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:18 / 15 İyul 2024

Xərçəng yaradan palma yağı: onun Azərbaycana idxalı niyə artırılır? - VİDEO

3646
Dünyanın bir çox inkişaf etmiş ölkələrində palma yağından insan qidası üçün istifadə edilməsi qadağan edilib. Danimarka, Litva və İtaliyada palma yağlarının idxalına qadağa qoyulub.


Azərbaycan isə bu ilin birinci rübündə xaricdən 13,6 milyon dollar dəyərində 11 min 880 ton palma yağı gətirilib.

Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 89 faiz, kəmiyyət olaraq isə iki dəfə çoxdur.

Mütəxəssislər hesab edirlər ki, tam təmizlənməmiş palma yağından yalnız texniki məqsədlərlə istifadə olunmalıdır. Palma yağlarını hidrogenlə doydurub marqarinlərə çevirirlərsə, bu, insan orqanizmi üçün olduqca zərərlidir. Bunu elm də təsdiq edir. Qeyd olunur ki, insan bədənində əriməyən, ərimə temperaturuna malik olmayan, sovrulmayan və bədənə yad olan yağlar orqanizmdə olan xərçəng hüceyrələrinin qarşını almır, əksinə şişlərə çevirir ki, bu da gələcəkdə ölümlə nəticələnir.

Palma yağından istifadə ilk növbədə ürək-damar sisteminin pozulmasına, damar tıxanıqlığına, ürəyin işemik xəstəliyinə səbəb olur. Tərkibində xərçəng yaradan maddələr çox olduğuna görə riski yüksəkdir.




Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, palma yağı insan orqanizmi və təbiət üçün qlobal miqyasda zərərlidir. ÜST ekspertləri palma yağının istehsal və satış sənayesinin miqyasını hətta birbaşa tütün və alkoqol sənayesi ilə müqayisə ediblər.




Palma yağından daha çox saxlanması uzunmüddətli olan məhsullarda istifadə edilir. Dondurma, şokolad, çipsi, hazır sıyıqların, eləcə də peçenye, vafli, və s. tərkibində palma yağı var. Bəzən elə olur ki, istehlakçılar aldıqları məhsulların tərkibində palma yağının olub-olmadığını bilmirlər. Çünki bir sıra hallarda bu yağı həmin məhsulun üzərində başqa adlarla, məsələn, “hidrogenləşdirilmiş bitki yağı" kimi qeyd edirlər.





Mövzu ilə bağlı Bakupost.az -a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, dünyada qida çeşidliliyinin heç də həmişə sağlamlığa deyil, əksər hallarda qidaların daha ucuz xammaldan hazırlanması, xüsusilə də raf ömrünün uzun olmasına hesablanıb. Palma yağından istifadə olunduqda məhsulların xarab olma vaxtı gecikir, raf ömrü daha uzun olur və ucuz başa gəlir. Ona görə də palma yağından daha çox istifadə edilir. Bəzi ölkələrdə məhsulların tərkibində palma yağından istifadə edilsə də, bəzilərində, xüsusilə də uşaq qidalarında buna qadağalar qoyulub:


“Avropa Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, davamlı, gündəlik palma yağından istifadə edən və normanı keçən insanların həyatı, sağlamlığı üçün müəyyən təhlükələr yaranır. Bu gün xüsusilə də paketlənmiş qidaların əksəriyyətində, şirniyyatların tərkibində palma yağından istifadə olunur. Xüsusilə, bir çox restoran və iaşə obyektlərində qızartma yeməklərdə bu yağlardan istifadə edilir. Hətta paketlərin üzərində konkret palma yağının adı göstərilməsi də, bu, hidrogenləşdirilmiş bitki yağı, bir neçə bitkinin adı, yaxud digər fərqli adlarla qeyd olunur. Konkret olaraq hansı mənşəli yağdan istifadə olunduğu qeyd edilmir. Belə olan halda da təbii ki, istehlakçılar aldığı məhsulun tərkibi haqqında tam məlumatlı olmurlar”.


Məhsəti Hüseynovanın sözlərinə görə, palma yağı palmanın meyvəsindən və dənələrindən alınır:

“Sənaye üsulu ilə hazırlanan yağlar var ki, onların qida üçün istifadəsi yararlı deyil. Amma təbii haldadırsa, tərkibində A, E vitaminləri, doymamış yağ turşuları varsa, bundan az miqdarda, gec-gec istifadə olunarsa, orqanizm üçün zərərli olmaz. Amma mütəmadi olaraq istifadə olunduqda, xüsusilə də 20 yaşa qədər olan insan orqanizmində inkişafdan qalmaya və müəyyən xəstəliklərə erkən yaşda tutulmaya səbəb olur. Bəzi inkişaf etmiş ölkələrdə məhsulların üzərində “tərkibində palma yağı yoxdur”, “palma yağı tərkibli hər hansı yağdan istifadə edilməyib” kimi ifadələr yer aldıqda bu premium məhsul hesab edilir. Ona görə də sağlamlığına diqqət edən insanlar bu kimi məhsullardan istifadə etmirlər. Palma yağından uşaq qidalarında istifadə olunması yolverilməzdir. Əgər istifadə olunubsa, çalışıb uşağın gündəlik qidasını təbii qidalardan seçmək lazımdır ki, immun sistemi düzgün formalaşsın. Palma yağından həddən artıq çox istifadə orqanizmdə "pis xolesterin" kimi tanınan LDL-in səviyyəsini yüksəldir və “yaxşı” xolesterin kimi tanınan HDL-in səviyyəsini aşağı salır. Bu da bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır".

Mütəxəssis bildirib ki, bir çox məhsulların zərərləri var, lakin önəmli olan onlardan gündəlik qida kimi istifadə etməməkdir:

"İmmun sistemi güclü olan insanlar bu məhsullardan gec-gec, az bir miqdarda istifadə etsələr, zərərlərini o qədər də hiss etməyə bilərlər. Amma daim paketlənmiş, kimyəvi qatqılı qidalardan, keyfiyyətsiz yağlardan hazırlanan məhsullardan istifadə edən insanlarda istər inkişafdan geri qalma, istərsə də xəstəliklərə tutulma halları açıq-aydın görünür”.







Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar