Ru
20:18 / 25 Dekabr 2024

Xəsarət alanların Azərbaycana gətirilməsi üçün tədbirlər görülür

Xəsarət alanların Azərbaycana gətirilməsi üçün tədbirlər görülür
991

Aktauda müalicəsi davam edən Azərbaycan vətəndaşlarının ölkəmizə evakuasiyasının təşkili ilə əlaqədar müvafiq tədbirlər görülür.

Bakupost.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclasında bildirilib.

Qəza nəticəsində xəsarət almış və hazırda Aktau şəhərində müalicəsi davam edən Azərbaycan vətəndaşlarının zərurət yarandıqca və həkimlərin razılığı əsasında ölkəmizə evakuasiyasının təşkili ilə əlaqədar müvafiq tədbirlərin görüldüyü bildirilib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar