Ru
17:29 / 08 Yanvar 2025

Xəstə əməliyyat stolunda, cərrah ad gününü qeyd edir - VİDEO

Xəstə əməliyyat stolunda, cərrah ad gününü qeyd edir - VİDEO
1269

Azərbaycanda həkim əməliyyat zamanı doğum gününü qeyd edib.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, həkim bu barədə öz İnstaqram hesabında paylaşım edib.

Görüntülərdən məlum olur ki, "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən "sürpriz"lə qarşılaşıb.

Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb.

Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar