Ru
10:53 / 26 Aprel 2025

Gülsüm Əliyeva bizim tələbə olmayıb - Universitetlər təsdiqlədi - VİDEO

Gülsüm Əliyeva bizim tələbə olmayıb - Universitetlər təsdiqlədi - VİDEO
Eye

Hazırda Amerikada yaşayan tanınmış jurnalist Qənirə Ataşova “VMR estetik klinikası”nın heç bir tibbi təhsili olmayan və ölümə səbəb olan keçmiş kosmetoloq Gülsüm Əliyeva barədə yeni məlumat yayıb.

Bakupost.az xəbər verir ki, jurnalist özünü cərrah kimi təqdim edən Gülsüm Əliyevanın videosunu paylaşıb. Videoda G.Əliyeva özü etiraf edir ki, peşəkar olmaq üçün diplom vacibdir.

“Yaxşı, bəs haradadır o diplom? Göstərə bilmədiyi, hər kəsdən gizlətdiyi diplom üçün deyir ki, guya Türkiyənin Diyarbakır vilayətindəki Dicle Universitetindən məzun olub. Mən də nə yedim, nə içdim, birbaşa həmin universitetə rəsmi sorğu göndərdim. Cavab da budur: “Bizdə bu adda tələbə olmayıb!”
İndi deyirəm, bu məsələyə daha da ciddi yanaşım və buna görə YÖK-ə – Türkiyənin Yüksək Öyrətim Qurumu’na da rəsmi müraciət etmişəm. Oradan gələn cavabı da səbirsizliklə gözləyirəm və sizinlə paylaşacağam. Rabitə kollecindən də gərək soruşum Axırda isə bir şeyi deməsəm, ürəyim partlayar Dinsiz dindən danışar, imansız imandan, elmsiz də elmindən!”,- deyə Q.Ataşova qeyd edib.

Xatırladaq ki, Sosial şəbəkələrdə “Gül Əliyeva” kimi tanınan Gülsüm Əliyevanın VMR Estetik Klinikasında liposaksiya əməliyyatı etməsinin görüntüləri ortaya çıxıb. Bu barədə Qənirə Ataşova öz sosial şəbəkə səhifəsində məlumat yayıb. Daha sonra Gülsüm Əliyevanın tibbi təhsilinin olmaması meydana çıxıb.


AYXAN,
BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar