Ru
12:29 / 25 Aprel 2025

Xəstəni öldürdüyü iddia edilən həkimlə bağlı nazirlikdən AÇIQLAMA - VİDEO

Xəstəni öldürdüyü iddia edilən həkimlə bağlı nazirlikdən AÇIQLAMA - VİDEO
Eye

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) “VMR Esthetic Clinic” adlı özəl tibb müəssisəsinin işçisinin canlı yayımda buxaq liposaksiyası icra etməsinə münasibət bildirib.

Bakupost.az -ın xəbərinə görə, AEM-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, ölkə ərazisində özəl tibb fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə lisenziyanı İqtisadiyyat Nazirliyi verir:

“Ancaq “VMR Esthetic Clinic”in belə bir lisenziyası yoxdur. Analitik Ekspertiza Mərkəzinin əməkdaşları artıq iki dəfə (Gəncə və Bakı filialları) bu gözəllik mərkəzində şikayətlər əsasında plandankənar yoxlama aparıb və aşkar edilən inzibati xəta ilə əlaqədar barələrində inzibati tənbeh tədbiri seçilib. Tərtib edilən inzibati xəta haqqında protokollar aidiyyəti üzrə növbəti icraata göndərilib”, – məlumatda qeyd olunub.

Eyni zamanda bildirilib ki, mövcud qanunvericiliyə əsasən səlahiyyətlər çərçivəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə) inzibati tədbirlər həyata keçirilir. Bundan başqa, tibb təhsili olmadan praktik tibb fəaliyyətinin göstərilməsi cinayət əməlidir və hüquq-mühafizə orqanlarının nəzarət predmetidir.


Qeyd edək ki, sosial şəbəkələrdə “VMR Esthetic Clinic”in işçisinin canlı yayım açaraq buxaq liposaksiyası proseduru həyata keçirdiyi barədə görüntülər yayılıb.


Xatırladaq ki, Analitik Ekspertiza Mərkəzi 2024-cü ildə kosmetoloji iş üzrə xidmət göstərən 30 özəl tibb müəssisəsinin 16-da nöqsanlar aşkar edib. 2025-ci ilin ilk üç ayında isə kosmetoloji iş üzrə xidmət göstərən 15 özəl tibb müəssisəsində aparılan yoxlamalar zamanı isə hər birində nöqsanlar aşkarlanıb və iki protokol tərtib edilib.


****

10:51

Sosial şəbəkələrdə “Gül Əliyeva” kimi tanınan Gülsüm Əliyevanın VMR Estetik Klinikasında liposaksiya əməliyyatı etməsinin görüntüləri ortaya çıxıb.

Bakupost.az xəbər verir ki, bu barədə jurnalist Qənirə Ataşova öz sosial şəbəkə səhifəsində məlumat yayıb.


Ataşova görüntülərlə bağlı Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb:

“Heç bir tibbi təhsili olmayan Gülsüm Əliyevanın insanlara liposaksiya əməliyyatı etməsinin görüntülərini bir həkim kimi necə qiymətləndirirsiniz? Tibbi savadı olmayan bir şəxsin insan bədəninə cərrahi müdaxilə etməsi mümkündürmü? Bura Azərbaycandır, bura Bakıdır, bura VMR Estetik Klinikasıdır. Bu klinikaya lisenziya verən məhz Səhiyyə Nazirliyidir. İndi özünü kosmetoloq kimi mətbuata göstərməyə çalışır. Diplomsuz kosmetoloq həm də əməliyyat edə bilir Azərbaycanda! Başqa bir sual, Gəncədə liposaksiya əməliyyatından sonra ölən Gülbəniz Bayramovanı kim əməliyyat etmişdi?”


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar