Ru
12:18 / 07 Yanvar 2025

Xəstəxanalarda çarpayı ehtiyatı ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Xəstəxanalarda çarpayı ehtiyatı ilə bağlı TƏBİB-dən AÇIQLAMA
1081

Hazırda TƏBİB-in tabeliyində olan tibb müəssisələrindəki Yoluxucu xəstəliklər şöbələrində yetərli çarpayı ehtiyatı mövcuddur.

Bakupost.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib

Qeyd edilib ki, qrip və digər respirator xəstəliklər, əsasən, ambulator şəraitdə müalicə olunur. Xəstəliyə yoluxan şəxslər ilkin səhiyyə xidməti həkimləri tərəfindən müşahidə olunur və müalicələrini evdə davam etdirirlər.

"Buna baxmayaraq, ağırlaşma halları olan zaman pasiyentlər tibb müəssisələrinə hospitalizasiya olunurlar.

Məlumat üçün bildirək ki, Sabunçu Tibb Mərkəzinin Yoluxucu xəstəliklər şöbəsi və mərkəzin nəzdində olan Məhəmmədi Modul Tipli Xəstəxanasında yetərli çarpayı sayı mövcuddur".

Qeyd edək ki, Səhiyyə nazirliyi yeni yayılan metapnevmovirusla bağlı məlumat yayıb, əhalini peyvənd olunmağa çağırıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar