Bakının Xətai rayonu Gəncə prospekti, 97 ünvanında torpaq sürüşməsi olub.
Bakupost.az Baku TV-yə istinadən xəbər verir ki, sürüşmənin gecə saatlarında baş verməsi səbəbindən sakinlər küçədə yığışmalı olublar.
"Təhlükəli vəziyyətdəyik. Gecə qorxudan yata bilmirik. Daşlar o qədər böyükdür ki, binaya doğru tökülsə, buradan keçən hər kəsin həyatı üçün təhlükə yarada bilər", - deyə sakin narahatlığını ifadə edib.
"Bir müddət əvvəl burada daha böyük torpaq sürüşməsi olmuşdu. Xətai Rayon İcra Hakimiyyətindən sürüşən torpaq kütləsini təmizləyəcəklərini bildirsələr də, iki aydan çox vaxt keçməsinə baxmayaraq, deyilənə əməl etməyiblər", - başqa bir sakin deyib.