Ru
14:03 / 23 Noyabr 2024

Xətaidə dözülməz vəziyyət: kanalizasiya suları zirzəmiyə axır - FOTO

Xətaidə dözülməz vəziyyət: kanalizasiya suları zirzəmiyə axır - FOTO
Eye

Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, bina17-nin zirzəmisi kanalizasiya suları ilə dolub.

Bu barədə Bakupost.az -a binada yaşayan sakinlər bildiriblər.

Onların sözlərinə görə, artıq 5 gündür ki, binada ciddi kanalizasiya problemi yaşanır. Kanalizasiya borusunun qırılması nəticəsində çirkab sular binanın zirzəmisinə axır:

"Zirzəmi tamamilə çirkab su ilə dolub. Binanın girişi və mənzillərdə dözülməz qoxu var. Yaranmış antisanitar şərait səbəbindən bloka daxil olmaq mümkün deyil".

Sakinlər bildiriblər ki, məsələ ilə bağlı 955 qaynar xəttinə zəng edib, həmçinin onlayn qaydada müraciət ünvanlayıblar:

"Hər dəfə "müraciət qeydə alındı, tezliklə briqada göndəriləcək" deyilsə də, 5 gündür ki heç bir tədbir görülmür".

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə müraciət etdik. Agentliyin nümayəndəsi Nofəl Nağıyev Bakupost.az -a açıqlamasında bu gün əraziyə briqada göndəriləcəyi və problemin aradan qaldırılacağını bildirdi.

Lalə Novruz, BakuPost



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar