Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:39 / 16 Oktyabr 2024

Xəyanətdə ittiham edilən alimə AĞIR CƏZA

1099
Rusiya Ali Məhkəməsi Moskva Şəhər Məhkəməsinin fizik Anatoli Qubanovun dövlətə xəyanətə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi) görə 12 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərarının qanuniliyini təsdiqləyib.

Bakupost.az “Kommersant”a istinadən xəbər verir ki, o, cəzasın ciddi rejimli həbsxanada çəkəcək.

Söhbət məxfi materiallardan getdiyi üçün işin təfərrüatları açıqlanmır.

66 yaşlı Anatoli Qubanov Moskva Fizika-Texnika İnstitutunun dosenti və Jukovski adına Mərkəzi Aerohidrodinamik İnstitutun şöbə müdiridir. O, Aerodinamika İnstitutunda təyyarələrin və raketlərin aerodinamikasını öyrənən şöbəyə rəhbərlik edirdi. Onun tabeliyində olan 70 yaşlı fizik Valeri Qolubkin 2023-cü ilin iyununda oxşar ittihamla 12 il müddətinə azadlıqdan məhrum edilib və ciddi rejimli həbsxanaya göndərilib.

Qubanov 2020-ci ilin dekabrında saxlanılaraq istintaq təcridxanasına yerləşdirilib. FTB müstəntiqləri onu aviasiya sənayesindəki gizli məlumatları xaricə ötürməkdə şübhəli bilirdilər. 2023-cü ilin oktyabrında Moskva şəhər məhkəməsi alimə 12 il müddətinə cəza kəsib. Bu iş üzrə dinləmələr də bağlı qapılar arxasında keçirilib.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar