Hansı bank etibarlıdır? - SORĞU
Ru
23:24 / 23 Oktyabr 2024

Xeyirxah yalançı: Polis xəstə qadının ölmüş oğlunu əvəz etdi - FOTO

4229
Çinin Şyansi şəhərində 2003-cü ildə Syaçjan Hay və arvadı Lyan İn faciəvi şəkildə oğullarını itiriblər.

Bakupost.az xəbər verir ki, oğlunu itirdikdən sonra qadın iflic keçirir və psixikası pozulur.

Arvadını sakitləşdirmək üçün əri ona yalan danışmalı olur və deyir ki, onların oğlu ölməyib, sadəcə, başqa şəhərdə yaşayır və peşəsi ilə bağlı gizli qalmalıdır.

Kişi televizorda Şanxaydan olan bir polisin oğluna çox oxşadığını görür. O, həmin polisi tapır və ondan xahiş edir ki, onların oğlu rolunu oynasın.

Polis əvvəlcə tərəddüd etsə də, sonradan razılaşıb. Artıq 11 ildir ki, polis videogörüntülü zəng edir, Sya və Lyan ilə danışır, hətta tətildə onlara baş da çəkir. Qadın da oğlunun yaşadığına inanır və yaddaşı pozulduğundan onu çox suala tuta bilmir. Beləcə, bu xeyirxah yalan bir ailəni xilas edir.

Aygün Musayeva, BakuPost



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar