Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bakupost.az xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ saat 07:22-də qeydə alınıb.
Yeraltı təkanların maqnitudası 3.1 olub. Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib.