Bir neçə gündür sosial şəbəkə və mediada Xəzər dənizində nəhəng canlının dair görüntülər yayılıb.
Bakupost.az xəbər verir ki, əslində görüntüdəki hər hansı heyvan deyil, sadəcə maketdir. Həmin "balina" hazırda Bakıda Dənizkənarı bulvarda nümayiş etdirilir. Məqsəd sadəcə “Captain Boomer” əsəri ilə diqqəti iqlim dəyişikliklərinə cəlb etmək, balinaların qarşılaşdığı problemi qabartmaqdır.
Qeyd edək ki, Bakıdan əvvəl balina maketi dünyanın bir çox şəhərlərində nümayiş etdirilib. Bu şəhərlər arasında Paris, Sürix, Bordo və digərləri var.