Aktau, Kurık və Bautino limanlarında Aktauda təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunan mərasimlər keçirilib.
Bakupost.az Orda.kz-a istinadən xəbər verir ki, həlak olanların ailələri ilə həmrəylik rəmzi olan matəm çələngləri Xəzər dənizinin sularına endirilib.
Dənizçilər və mərasim iştirakçıları hadisənin hamı üçün ağrılı olduğunu vurğuladılar.
“Bu jest dəhşətli təyyarə qəzasında həlak olanlara görə kədər və hörmətin ifadəsidir. Bu, son illərin ən faciəli hadisələrindən biridir, onlarla insan, o cümlədən uşaqlar həlak olub. Həlak olanların yaxınlarının hissləri başa düşüləndir. Biz sizinləyik. Kədərinizə şərikik və matəminizi sizinlə bölüşürük”, - deyə aksiya iştirakçıları qeyd ediblər.