Ru
14:13 / 14 Aprel 2025

XİN məlumat yaydı

XİN məlumat yaydı
Eye

Fransanın Ermənistana ölümcül silahlar təchiz etməsi və uzunmüddətli anti-Azərbaycan mövqeyi sülhə xidmət etməməklə yanaşı, Fransanın xarici işlər naziri Jan-Noel Barro tərəfindən regional gərginliklərlə bağlı ifadə edilən narahatlıqlarla ziddiyyət təşkil edir.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə sosial şəbəkə hesabında paylaşım edib.

"Bu ikili yanaşma Fransanın ikili standartlara əsaslanan mövqeyini üzə çıxarır.

Sülh sazişinin layihəsi üzərində işin yekunlaşması mühüm irəliləyiş olsa da, onun imzalanması və bölgədə davamlı sabitliyin təmin olunması üçün əsas məsələlərin həlli vacibdir.

Bu xüsusda, ilk növbədə, Ermənistanın konstitusiyasında yer alan ərazi iddialarına son qoyulmalı və Fransa da daxil olmaqla xarici aktorların sabitliyi pozan müdaxilələri dayandırılmalıdır.

Bundan əlavə, insanlığa qarşı cinayətlərdə ittiham olunan şəxslərə qarşı məhkəmə proseslərinə əngəl törədilməsi təkcə ölkənin daxili işlərinə müdaxilə deyil, həm də bu cür cinayətlərə görə məsuliyyət prinsipini sarsıdır", - Ayxan Hacızadə bildirib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar