Azərbaycan Xarici İşlər Nazirliyi Bəlucistan əyalətində baş verən terror hücumu ilə bağlı Pakistana başsağlığı verib.
Bakupost.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“Bəlucistanda terror hücumu xəbəri bizi dərindən kədərləndirdi. Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilədir və bu çətin anda Pakistanla həmrəy olduğumuzu bildiririk. Terrorizmin dağıdıcı təsiri ilə üzləşmiş Azərbaycan bu təhlükəyə qarşı bütün səyləri dəstəkləməyə tam sadiq olaraq qalır”, - deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, “Dawn” qəzetinin məlumatına görə, Pakistanın Bəlucistan əyalətinin müxtəlif bölgələrində təhlükəsizlik qüvvələri ilə silahlı qruplaşmalar arasında qarşıdurma zamanı 18 hərbçi həlak olub. Əməliyyat zamanı 23 silahlı şəxs zərərsizləşdirilib.