Ru
11:43 / 18 Aprel 2025

Xırdalan pivəsinin istehsalçısı MƏHKƏMƏLİK OLDU – Sumqayıtda qalmaqallı iş

Xırdalan pivəsinin istehsalçısı MƏHKƏMƏLİK OLDU – Sumqayıtda qalmaqallı iş
Eye

“Xırdalan” və bir çox məşhur pivə istehsalçısı “Carlsberg Azerbaijan” şirkəti işdən çıxarılan əməkdaşı tərəfindən məhkəməyə verilib.

Bakupost.az Tribunainfo.az-a istinadən xəbər verir ki, şirkətlə bağlı iddianı qaldıran şəxsin adı açıqlanmır. İşin mahiyyəti əmək mübahisələridir. İddiaçı işə bərpasını və əmək haqqı tələbi irəli sürüb.

“Carlsberg Azerbaijan” şirkəti ilə bağlı işə 29 aprel tarixində Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fuad Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində yerləşən ölkənin ən böyük pivə istehsalçı şirkətidir.
“Carlsberg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsevdir. Biznesin inkişafı şöbəsinin müdiri isə Yaqub Əlizadədir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar