Hansı bank etibarlıdır? - SORĞU
Ru
09:02 / 26 İyul 2024

Xırdalan və Masazırda qaz olmayacaq

2434
Xırdalan şəhərinin və Masazır qəsəbəsinin bəzi hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz”dan Bakupost.az -a verilən məlumata görə, SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Masazır yüksək təzyiqli” QPS-də təmir işləri görüləcək. Bu səbəbdən iyulun 26-sı saat 10:00-dan “Masazır” QPS-dən qidalanan "Masazır Qəsəbəsi(Masazır QPS)", "Duz Zavodu(Masazır QPS)" və “Azpetrol LTD” MMC-yə məxsus ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.


Təmir müddətində Abşeron rayonunun Masazır qəsəbəsi, yeni yaşayış massivi və Xırdalan şəhəri, AAF Park Yaşayış kompleksinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar