Hansı bank etibarlıdır? - SORĞU
Ru
00:31 / 17 Oktyabr 2024

Xırdalanda 12-ci mərtəbədən yıxılan uşaq necə sağ qalıb? - Babası danışdı

1452
12-ci mərtəbədən yıxılan 10 yaşlı uşaq sağ qalıb.

Azyaşlının babası "Xəzər Xəbər"ə bildirib ki, hadisə oktyabrın 1-də Xırdalanda uşağın valideynlərinin evdə olmadığı zaman baş verib.

Anasının gəldiyini görmək üçün eyvana çıxan azyaşlı müvazinətini itirərək 12-ci mərtəbədən yerə yıxılıb. Qonşuların səyi ilə xəstəxanaya yerləşdirilən uşaq 14 gün komada qaldıqdan sonra dünən ayılıb.

Abşeron Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Məzahir Süleymanov bildirib ki, 14 gün ərzində tibb müəssisəsində müalicəsi aparılan azyaşlı artıq koma vəziyyətindən çıxmaqla yanaşı, həyati təhlükə yaradan digər risklərdən də xilas edilib.

Hazırda vəziyyəti kifayət qədər stabil qiymətləndirilən azyaşlının müalicəsi tibb müəssisəsinin Neyrotravma şöbəsində davam etdirilir.

Ətraflı süjetdə:



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar