Ru
14:20 / 05 Noyabr 2024

Xızıda polis külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarladı

Xızıda polis külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarladı
Eye

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri tədbirlər zamanı rayonun Şuraabad kəndi ərazisindən müxtəlif növ külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlayıblar.

Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyatlar nəticəsində beş kiloqrama yaxın marixuana, səkkiz kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 4 440 ədəd metadon, eləcə də preqabalin həbləri aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, aşkarlanan narkotiklərin kimə məxsus olmasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar