Ru
13:18 / 28 Aprel 2025

Xocalı sakinlərinə evlərinin açarı təqdim edildi - FOTO - YENİLƏNİB

Xocalı sakinlərinə evlərinin açarı təqdim edildi - FOTO - YENİLƏNİB
Eye

Növbəti köç karvanı Xocalı şəhərinə çatıb.

Bakupost.az xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 33 ailə - 137 nəfər köçürülüb.

Sakinlərə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Xocalı şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

***



Bakupost.az xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 33 ailə - 137 nəfər köçürülüb.

Beləliklə, 28.04.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Xocalı şəhərinə cəmi
85 ailə - 341 nəfər köçürülüb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar