Ru
11:03 / 04 Fevral 2025

Xocalıda ilk körpə dünyaya gəlib - FOTO / YENİLƏNDİ

Xocalıda ilk körpə dünyaya gəlib - FOTO / YENİLƏNDİ
Eye

İşğaldan azad edildikdən sonra Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib.

Bakupost.az xəbər verir ki, Xocalı sakini, 1996-ci il təvəllüdlü Sevanə Məmmədovanın dünyaya gətirdiyi ilk övladı oğlandır.

Ballıca kəndində dünyaya göz açan körpəyə babası Mehdinin adını veriblər. Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Qeyd edək ki, körpənin atası İlqar Məmmədov Vətən müharibəsinin iştirakçısı, qazi, müharibə veteranıdır. Hazırda ANAMA-da işləyir. Məmmədovlar ailəsi bir müddət əvvəl Ballca kəndinə köçüblər.




Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar