Hansı bank etibarlıdır? - SORĞU
Ru
21:40 / 09 Sentyabr 2024

Xudatda ana 7 yaşlı övladını döyüb xəstəxanalıq etdi -YENİLƏNDİ

2187
Xudat şəhərində azyaşlı döyülüb.

Bakupost.az -ın "Report"a istinadla məlumatına görə, hadisə şəhərin Əbilov küçəsində qeydə alınıb.

Qusar rayon sakini 7 yaşlı Z.C qızının ailəsi ilə birlikdə kirayə qaldıqları evdə anası Səyyarə Qayıbova tərəfindən döyüldüyü iddia olunur.

Yaralı ağır bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***
Xudatda anası tərəfindən döyülən azyaşlı və ailədəki digər iki uşaq nəzarətə götürülüb.

Bakupost.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib.

"Ailədəki digər uşaqların eyni aqibəti yaşamaq ehtimalı nəzərə alınaraq onlar da nəzarətə götürülüblər. Hazırda polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir", - deyə o bildirib.

Digər tərəfdən DİN də Xudatda anası tərəfindən döyülən azyaşlı ilə bağlı açıqlama verib. APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib ki, Xaçmaz rayonunun Xudat şəhərində azyaşlının anası tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Dərhal bu barədə tibbi ekspertiza təyin edilib və hazırda faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar