“Xurmalarla bağlı hər zaman müəyyən problemlər yaşanır. Əsasən də isti havalarda onlara qurd düşür, yaxud kifləyir ki, bu da müştəriylə market arasında narazılıq yaradır”.
Bunu Bakupost.az -a açıqlamasında qida məsələləri üzrə ekspert İlkin Şirinov deyib.
Onun sözlərinə görə, xurmaların üzərində yararlılıq tarixi və müştəri üçün məlumat xarakterli hər-hansı yazılar olmur:
“Səbəb isə xurmaların İran İslam Respublikasından gətirilməsidir. Azərbaycana bu xurmalar heç bir soyutma sistemi olmayan maşınlar vasitəsilə gətirilir. Həmin məhsulların şəraiti olmayan anbarlarda saxlanması məsələsi də ən böyük problemlərdən biridir. Bu kimi səbəblərdən xurmalarla bağlı hər zaman müxtəlif problemlər yaşanır”.
Ekspert istehlakçılara üzərində Azərbaycan dilində istehsal və son yararlılıq tarixi olan malları almağı tövsiyə edib:
“Məhsulun üzərində ən azından yararlılıq tarixi olmalıdır. Həm də deyirlər ki, istehlakçılar məhsul alanda onu yoxlasınlar, baxsınlar. Amma nəzərə alaq ki, bir çox satış yerlərində məhsulları açıb baxmağa icazə vermirlər”.
Vasif Əlihüseyn
BakuPost