Ru
21:36 / 10 Aprel 2025

Yağış Xırdalanda kanalizasiya xətlərni daşırdı - VİDEO

Yağış Xırdalanda kanalizasiya xətlərni daşırdı - VİDEO
Eye

Bu gün bir neçə dəqiqə davam edən yağış Xırdalan şəhərində acınacaqlı vəziyyət yaradıb.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yağışın yağması ilə şəhərin Həsən Əliyev küçəsindəki kanalizasiya xətləri daşmağa başlayıb.

Nəticədə kanalizasiya suları 120-nin dairəsi adlanan yolu və ətrafını basıb, ərazidə nəqliyyatın hərəkəti çətinləşib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, hazırda suyun kənarlaşdırılması istiqamətində işlər görülür:

“İntensiv yağışlar nəticəsində bu gün Abşeron rayonunda bəzi daşıyıcı kollektorlar normadan artıq yüklənib və baxış quyularında dolub-daşma baş verib. Hazırda suyun kənarlaşdırılması istiqamətində gücləndirilmiş iş rejimində çalışırıq. Yaxın saatlarda məsələ tam olaraq həllini tapacaq”.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar