Ru
12:55 / 14 Noyabr 2024

Yağış yağacaq, külək əsəcək - Sabahın hava proqnozu

Yağış yağacaq, külək əsəcək - Sabahın hava proqnozu
Eye

Azərbaycan ərazisində noyabrın 15-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 70-80% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 3-8° isti olacaq.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar