Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:49 / 11 Dekabr 2024

Yalçın Rəfiyev: Azərbaycan donor ölkəsi kimi tanınır

604
"Azərbaycan Respublikası beynəlxalq ictimaiyyət tərəfindən artıq yeni donor ölkəsi kimi tanınmaqdadır".

Bakupost.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi" forumunda çıxışı zamanı deyib:

"Xarici siyasət hədəflərimizə uyğun olaraq, dünya birliyinin məsuliyyətli, etibarlı və tərəqqipərvər üzvü kimi Azərbaycan Respublikası tərəfindən beynəlxalq yardım fəaliyyəti uğurla həyata keçirilməkdədir. Sistemli və məqsədyönlü şəkildə aparılmış uğurlu daxili və xarici siyasət nəticəsində əldə edilmiş əsaslı siyasi və iqtisadi inkişaf beynəlxalq miqyasda Azərbaycana olan marağı artırıb, xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yardımın göstərilməsi ilə bağlı ölkəmizə daxil olan müraciətlərin sayının artmasına səbəb olub. Qoşulmama Hərəkatına sədrliyimiz, COVID-19 və hazırda davam etməkdə olan COP29 sədrliyimiz çərçivəsində son illərdə xüsusilə inkişaf edən sözügedən donorluq fəaliyyəti xalqımızın əsrlərdən gələn xeyirxahlıq ənənələri ilə uzlaşır".


"Ölkəmiz tərəfindən indiyədək 140-dan çox xarici dövlətə, o cümlədən Qoşulmama Hərəkatının 100-dən artıq, İƏT-in 50-yə yaxın üzvünə, 46 ən az inkişaf etmiş ölkədən 43-nə, Afrikanın demək olar bütün ölkələrinə, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) yarıdan çoxuna humanitar, maliyyə və texniki yardımlar göstərilib", deyə - nazir müavini qeyd edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar