Ru
00:51 / 02 İyul 2024

Yanacağın bahalaşması bazara da təsir etdi - VİDEO

1718
Yanacağın qiymətindəki dəyişiklik topdansatış bazarına təsir edib. Xezerxeber.az-ın məlumatına görə, kənd təsərrüfatı məhsullarının daşınma xərclərində 20-25 faiz fərq yaranıb.

Rayonlardan Bakıya gətirilən məhsullar əsasən, dizel yanacağı ilə işləyən maşınlarla daşınır. Ona görə də dizel yanacağındakı qiymət fərqi onların daşınma xərclərinə də təsirsiz ötüşməyib.

Ekspertlərin fikrincə, yanacağın bahalaşması məhsulun qiymətinə də təsir edəcək.

Qeyd edək ki, ötən gün Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə bir litr üçün bir manat müəyyən edilib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər