Türkiyənin Bolu vilayətində “Kartalkaya” dağ-xizək mərkəzinin “Grand Kartal” hotelində baş vermiş yanğın zamanı özünü 12-ci mərtəbədən atan qız vəfat edib.
Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bartın şəhərində yaşayan 25 yaşlı Şevval Şahin 1,5 ay əvvəl həmin hotelə gələrək ofisiant işləməyə başlayıb.
Məlumata görə, hadisə baş verən vaxt o, hotelin 12-ci mərtəbəsində olub. Şevval bu zaman Bartında ticarətlə məşğul olan atası Erdal Şahinə videozəng edib. Gənc qız atası ilə telefonda görüntülü danışaraq pəncərədən tullanmaq qərarı verib. Atası isə ona “özünü atma, qızım”, deyib. Lakin dəqiqələr sonra telefon zəngi kəsilib.
Şevval ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O, müalicə aldığı xəstəxanada ötən gün vəfat edib.
Qeyd edək ki, dəhşətli yanğın nəticəsində 79 nəfər həyatını itirib.