Ru
15:30 / 24 Sentyabr 2024

"Yandex" sürücülərin məlumatlarını Rusiyaya ötürür? - Qalmaqal

559
Gürcüstanın Fərdi Məlumatların Mühafizəsi Xidməti "Yandex Go" brendi altında taksi xidmətləri göstərən Ridetech Georgia şirkətini məlumatların saxlanması qanunlarını pozduğuna görə cərimələyib.

Bakupost.az xəbər verir ki, bu barədə “Qafqazın səsi" nəşri bildirib.

Tənzimləyici müəyyən edib ki, Yandex Go tətbiqi Rusiyada yerləşən serverlərə qoşulub və onlar qanunla qadağan edilən sürücü və sərnişinlərin şəxsi məlumatlarını emal ediblər.

Şirkət 4000 lari (2465 manat) məbləğində cərimə edilib və onun üzərinə transsərhəd məlumat ötürülməsini dayandırmaq öhdəliyi qoyulub.

Gürcüstanda "Yandex" taksiləri müxtəlif brendlər altında 2016-cı ildən fəaliyyət göstərir.


Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar