Yaponiyada "günvurma" xəbərdarlığı edilib.
Bakupost.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) verdiyi açıqlamada ölkənin bir çox bölgəsində yüksək temperaturun müşahidə ediləcəyi bildirilib.
Açıqlamada paytaxt Tokioda temperaturun 37 dərəcəyə çatacağı qeyd olunub.
Yaponiyanın Ətraf Mühit Nazirliyi də 31 vilayətdə günvurma ehtimalı barədə xəbərdarlıq edib.
Elnur
BakuPost