Ru
08:42 / 05 Noyabr 2024

Yaponiyada təşviş: Şimali Koreyadan 7 raket atıldı

Yaponiyada təşviş: Şimali Koreyadan 7 raket atıldı
Eye

Şimali Koreya çərşənbə axşamı səhər yeddi qısa mənzilli ballistik raket buraxıb.

Bakupost.az. xəbər verir ki, bu haqda məlumatı Yaponiyanın müdafiə naziri Gen Nakatani FNN telekanalına bildirib.

“Ən azı yeddi raket 100 km uçuş hündürlüyündə 400 km uçub”, - deyə o bildirib.

Qeyd edək ki, raketin buraxılması barədə daha əvvəl Yaponiyanın Sahil Mühafizəsi məlumat vermişdi.

Raketlərin Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyü bildirilir.

Yaponiya hökuməti diplomatik kanallar vasitəsilə Pxenyana etiraz edib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar