Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev Binəqədi rayonu ərazisində yerləşən özəl tibb müəssisəsinin gözətçisiylə mübahisə edib. Mübahisə zamanıı müğənni əlindəki baltanı ona tərəf atıb. Hədəfdən yayınan balta yaxınlıqda olan qadının ayağına dəyib.
Bakupost.az –ın əldə etdiyi məlumata görə, hadisədə yaralanan şəxs MedEra hospitalının işçisi olub.
Belə ki, müğənninin halı pisləşdiyi üçün klinikadan evə yardım göndərilməsini istəyib. Lakin MedEra-nın gözətçisi ona klinikaya gəlməsini deyib.
Bu səbəbdən onlar arasında mübahisə yaranıb və əsəbiləşən A.Ağayev baltanı eyvandan gözətçiyə tərət atıb.
Balta orada işləyən xadimənin ayağına dəyib.
Qeyd edək ki, A. Ağayev uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir.