Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:49 / 29 İyul 2024

Yardımlıda ciddi rəqabət - Elşad Paşasoy namizədliyini geri götürdü

7762
Parlament seçkilərində ən maraqlı mübarizənin yaşanacağı dairələrdən biri də 75 saylı Yardımlı-Masallı seçki dairəsidir. Qeyd edək ki, ötən parlament seçkilərində də bu dairədən 2 jurnalist və qazilərin namizəd olması tarixçi alım Musa Qasımlıya ciddi çətinliklər yaratmışdı.

Bakupost.az -ın məlumatına görə, bu dəfə Musa Qasımlıdan başqa, "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, ikinci Qarabağ müharibəsi şəhidi, Xüsusi Təyinatlıların kəşfiyyatçısı Amal Qarayevin atası Ədalət Qarayev, "Yeni Müsavat" qəzetinin əməkdaşı, jurnalist Elşad Paşasoy, VHP sədrinin müavini Samir Əsədli, "Yardımlı" Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Mərdan Seyidbəyli də 75 saylı Yardımlı-Masallı seçki dairəsindən mandat almağa iddialıdırlar.



Sözügedən dairədən ən şanslı namzidələr Musa Qasımlı və Əliməmməd Nuriyev sayılsalar da, digər namizədlər də həmin bölgədən olduqları üçün mübarizə çətinləşəcək. Dairədə kiminsə qalib gəlməsi onun təkcə seçicilərin deyil, mövcud namizədlərdən bir neçəsinin də dəstəyini almasından asılı olacaq.

Onu da qeyd edək ki, adı çəkilən namizədlərdən bəzilərinin seçki marafonundan geri çəkiləcəyi də istisna olunmur. Hətta artıq "Yeni Müsavat" qəzetinin əməkdaşı, jurnalist Elşad Paşasoy namizədliyini geri götürub.

O, Bakupost.az -a açıqlamasında məlumatı təsdiq edib:

"Mən yeddinci çağırış Milli Məclisə seçkilərdə iştirak etməməyə qərar verdim. Dostlarım da belə məsləhət bildi. Dövlətimizə, millətimizə xeyirli olsun. Daha güclü Azərbaycan naminə öz postumuzda, jurnalistikada fəaliyyətimə davam edəcəm. Seçkilərdə iştirak edənlərə də uğurlar arzulayıram”.

Zaur
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar