Yardımlıda zəlzələ baş verib.
Bu barədə
Bakupost.az -a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Məlumata əsasən, Yardımlı stansiyasından 10km şimal-şərqdə, Yardımlı rayonunda 3,3 maqnitudalı zəlzələ qeydə alınıb.
Yerli vaxtla 16:00-da qeydə alınan yeraltı təkan 11km dərinlikdə baş verib.