Dünən axşam saatlarında Ağcabədi rayonu Xocavənd kəndi ərazisində 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı bəzi faktlar üzə çıxıb.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki , qəzada həyatını itirən 5 nəfərin hamısı rayonun Boyat kənd sakinləri imiş.
Onlar Ağcabədinin kəndlərindən birində yas mərasimi üçün çadır quraşdıraraq geriyə-yaşadıqları əraziyə qayıdarkən bədbəxt hadisə ilə üzləşiblər.
Bildirilir ki, hadisənin baş verdiyi yolda sürət həddi saatda 70 kilometr olsa da, avtomobillərdən biri daha sürətlə hərəkət edərək arxadan “VAZ” markalı avtomobilə çırpılıb. Nəticədə idarəetmədən çıxan avtomobil yolun əks hərəkət istqamətinə çıxıb və qarşıdan gələn digər avtomobillə yenidən toqquşub. Nəticədə “VAZ”da olan Hüsiyev Vüsal Məmməd oğlu (1990), Əmrahov Sənan Aqil oğlu (1991), Aslanov Azər Fəyyaz oğlu (1992), Ələsgərov Asiman Yaşar oğlu (2007) və Aslanov Elbəy Mövsüm oğlu həlak olub.
Həmin şəxslərdən Sənan Əmrahov evin tək oğul övladı imiş. Qəzada onun bacısının həyat yoldaşı Azər də həyatını itirib.
Qeyd edək ki, qəza nəticəsində daha 5 nəfər xəsarət alıb. Onlardan 4-ü artıq evə buraxılıb.