Ru
15:38 / 09 Aprel 2025

Yasamalda 20 min manatlıq oğurluq edən şəxslər saxlanıldı

Yasamalda 20 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Eye

Yasamal rayonu ərazisində yerləşən tikintilərin birindən 20 min manat dəyərində armaturun oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Bakupost.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, orada çalışan 32 yaşlı E.Cabbarov və 27 yaşlı S.Nəsirov müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, Xəzər rayonu ərazisində bir nəfərə məxsus “Mercedes” markalı avtomobildən 3500 manat dəyərində mobil telefon və qol saatı oğurlamaqda şübhəli bilinən 16 yaşlı yeniyetmənin saxlanılması da təmin edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar