Ru
18:58 / 27 Mart 2025

Yasamalda evi başına uçurulan qadın şok keçirdi - VİDEO

 Yasamalda evi başına uçurulan qadın şok keçirdi - VİDEO
Eye

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında tikinti şirkəti içərisində yaşayış olan evin bir hissəsini dağıdıb.

Bununla bağlı görüntülər sosial şəbəkədə yayıldıqdan sonra hadisəni törədən tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb: “Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır”.

Bakupost.az xəbər verir ki, evin sahibi Elarə Hacıyeva son günlər yaşadığı qorxu və stress səbəbindən . vəziyyətinə düşüb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Həmin görüntüləri təqdim edirik.


Qeyd edək ki, ekskavator sürücüsü yaşayış evini dağıdarkən, Elarə Hacıyevanın onkoloji xəstə olan bacısının qolu üzərinə daş düşüb, özünün isə qolunu şüşə kəsdi. Hadisə barədə danışan qadın Oxu.az -a əlavə edib ki, evin uçurulması bu gün 10:30-da baş verib:

“Səsə baxdım ki, ekskavator sürən maskalı oğlan və bir də nəzarətçi dayanmışdı.
Aşağı düşüb ekskavatorun qarşısında dayanıb dedim, etmə, mən sənin anan yaşındayam. Ekskavatorun çömçəsini başımın üstündə saxladı, sonra geri çəkib sürətlə uzaqlaşdı”.

Onu da qeyd edək ki, Elarə Hacıyevanın “Melissa Group” tikinti şirkəti tərəfindən dağıdılıb.


Zaur,BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar