Ru
11:15 / 04 İyul 2024

Yastıq altındakı pullar dollar olmalıdır, ya avro? - Açıqlama

2712
“Bu gün Azərbaycanda ən populyar xarici valyuta avro və ABŞ dollarıdır. Buna görə də insanlar daha çox bu valyutalarla vəsait saxlamağa üstünlük verirlər. Bu, investisiya xarakterli yox, dəyərsizləşmə qorxusundan qayanaqlanan risklərin aradan qaldırılmasına hədəflənən yığımlardır”.




Bu fikirləri Bakupost.az -a iqtisadçı ekspert Rəşad Həsənov söyləyib.


Onun dediyinə görə, kənarda yığım etmək üçün insanlar əsasən, uzunmüddətli dövrdə hansı valyutanın etibarlı olmasını əsas götürürlər:


“Məlumatlı əmanətçi uzunmüddətli dövrdə hansı valyutanın dəyərinin artacağını proqnozlaşdırır və həmin istiqamətlərdə yatırım edir. Fikrimcə, indiki vəziyyətdə bir neçə valyutada vəsaitin saxlanması daha məqsədə müvafiqdir. Azərbaycan manatı ilə yanaşı, həm avro, həm ABŞ dolları, həm də funt sterlinqlə olan yığımların edilməsi daha yaxşıdır”.




Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər