“Ermənistan rəhbərliyi tələm-tələsik yarımçıq sülh müqaviləsi imzalayaraq növbəti parlament seçkilərində Paşinyanı qalib etməyi hədəfləyir. Onlar vaxt qazanaraq ordunun gücləndirməyi, Qərblə Rusiyanın münasibətləri düzələndən sonra isə Minsk qrupunu Qafqaza qaytarmağı hədəfləyir”.
Bu fikirləri
Bakupost.az -a politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, yaxın 6 ay ərzində müharibə riski, Paşinyanın bilərəkdən sərhəddə eskalasiyaya getmək ehtimalı da var. Bu arada, Ermənistan daxilində ARABO terrorçuları, Qarabağ separatçıları revanşizm haqqında getdikcə daha tez - tez çıxış edirlər. Eyni zamanda, keçmiş nazirlərin də Azərbaycanla sülh müqaviləsi bağlanmasına qarşı çıxdıqları məlumdur:
“Bundan başda, sputnik görüntüləri Ermənistan ordusunun şərti sərhədlərə hərbi texnika yığdığını və istehkamlar qurduğunu göstərir. Sülhü istəyən bu addımları atmazdı. Nə qədər gec deyil, çıxış yolu var. Bu, Zəngəzur dəhlizinin açılması və regionda gələcəkdə ehtimal olunan təxribatların qarşısı almaqdır”.
Sevinc,
BakuPost