“İlin sonuna kimi Azərbaycanla Ermənistan arasında hansısa bir sənədin imzalanması real görünmür. Çünki Paşinyanın ziddiyyətli yanaşmaları fonunda iki ölkə arasında yaxın bir ayda razılaşma əldə olunacağı inandırıcı deyil”.
Bunu
Bakupost.az -a siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli bildirib.
Onun sözlərinə görə, sülh prosesi ilə bağlı nikbin açıqlamlar verilsə də, Paşinyan indiki mərhələdə Ermənistan konstitusiyasında dəyişikliklərə ehtiyac olmadığını bildirir:
“Baş nazirin optimist fikirlərinin yaxın perspektiv üçün ciddi əsası yoxdur. Yaxın perspektivdə tərəflər sülhə gəlmək istəyirsə, Ermənistan Azərbaycanın haqlı, legitim tələblərini nəzərə almalıdır. Bununla da Ermənistan konstitusiyasında və digər qanunverici aktlarında Azərbaycan ərazilərinə iddia ilə bağlı əsassız müddəalar aradan qaldırılmalıdır. İlin sonuna bir ay qalmış hansısa bir sənədin imzalanması mümkün deyil. Bunun üçün Ermənistan konstruktiv addımlar atmalıdır. Rəsmi İrəvan Bakının haqlı, legitim tələblərini qəbul etməlidir. Bu halda qarşıdakı bir ayda sülh sənədinin imzalanması mümkündür”.
Sevinc,
BakuPost