Xəbər verdiyimiz kimi, Şəkidə meşəlik ərazidə ağacları kəsməklə təbiətə 8 milyonluq ziyan vurmaqda ittiham olunan “AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçinin həbsindən verilmiş apellyasiya şikayəti təmin edilməyib. Məhkmə “Plazalar kralı” kimi tanınan Qafar Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbirini qüvvədə saxlayıb.
Qeyd edək ki, mətbautda Qafar Dəmirçinin xalq yazıçısı, AYB sədri Anarın kürəkəni olduğu barədə məlumatlar yayılıb. Qeyd olunur ki, "Plazalar kralı" yazıçı Günel Anarqızının övladı Sezen Məmmədlinin həyat yoldaşıdır.
Qafar Dəmirçinin həbsi, eləcə də bu məsələdə adının hallanması ilə bağlı xalq yazıçısı Anarla əlaqə saxladıq. O, isə sualımızı eşidən kimi əsəbi şəkildə ona cavab veməkdən imtina etdi:
“Mən bu suala cavab vermirəm!”