Ru
11:42 / 14 Mart 2025

Yazıçı Anarın doğum günü: nələr unudulacaq, nələr yaşayacaq?

Yazıçı Anarın doğum günü: nələr unudulacaq, nələr yaşayacaq?
Eye

İlham Əziz

Anarın doğum günüdür.

Azərbaycanda haqqında ən çox yazılan, ən çox tənqid edilən, ən çox müzakirə edilən yazıçı Anardır.

Onun müasir nəsrimizdə yeri danılmazdır. Əsasən də “şəhər ədəbiyyatı” kontekstində. Anar nəsr dilinin yenilənməsində müstəsna rol oynayıb. 60-cı illərdə bu işi görmək, “bağ-bağatlı” dildən, sadə müasir dilə keçmək risk tələb edirdi.

Onun yaradıcılığı hən də vizuallığı ilə seçilır. Hər hansı bir əsərini oxuyanda, gözünün önündə prototiplər canlanır, situasiya gün kimi aydın olur. Anar elit ədəbiyyatın nümayəndəsidir. Nəsrində “vay-şüvən” yoxdur. Onun əsərləri realist düşüncə məhsuludur. İnsan ömrü sayılı günlərdir. Onun ictimai fəaliyyəti də mənim gənclik illərimə təsadüf edir.

Anarın meydan hərəkatı dövründə duruşu da layiqli qiymətini almayıb.

Qaldı AYB rəhbəri Anaraın fəaliyyətinə, burda başqa məqamlar mövcuddur. Fikrimcə Anar AYB rəhbəri olmaqla ən böyük ziyanı və zərbəni yazıçı kimi elə özünə vurub. Sovetdənqalma bu təşkilatın bəlkə də ən normal rəhbəri elə Anar ola bilərdi. Başqa təcrübə də yoxdur ki, müqayisə edəsən. Vaxt gələcək AYB də, ev söhbətləri də unudulacaq, müzakirə etməyə canlı şahid də qalmayacaq, ancaq “ Dantenin yubileyi”, “Ağ liman”, “Macal” həmişə yaşayacaq.

Odur ki, artıq canlı klassik olan Anara can sağlığı arzu edək. Hələ ömür varkən yazsın!

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar