Yazıçı-jurnalist Bəhram Çələbi 79 yaşında vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd olunub ki, o, dünən gecə saatlarında dünyasını dəyişib. Mərhum Şəki şəhərində dəfn ediləcək.
Xatırladaq ki, B.Çələbi Şəkidə anadan olub. O, bir müddət Şəki şəhərində müxtəlif vəzifələrdə çalışıb. 1980–1996-cı illərdə Şəki Şahmat Məktəbinin direktoru olub. Kriminal mövzularda bir neçə kitabın müəllifidir.